0
Sunday 20 February 2011 - 07:19

Almaniyalı jurnalistlər Təbrizdə azadlığa buraxıldı

Story Code : 55598
Almaniyalı jurnalistlər Təbrizdə azadlığa buraxıldı
Almaniyalı jurnalistlər Təbrizdə azadlığa buraxıldı
İranın "Xəbər Telekanalı"nın verdiyi məlumata əsasən, Almaniya vətəndaşı olan iki jurnalist turist adı ilə Təbrizə daxil olublar. Onlar İranda planlaşdırılmış formada icazəsiz olaraq qeyri-qanuni fəaliyyət göstəriblər. Belə ki, jurnalistlər edan cəzasına məhkum olunmuş bir məhbusun oğlu ilə müsahibə alaraq ondan öz məqsədlərinə uyğun olan sözlər almaq istəyiblər. Amma jurnalistlər öz istəklərinə nail ola bilməyiblər. Şərqi Azərbaycanda keçirilən məhkəmə zamanı hakim İslami dəyərləri nəzərə alaraq bu iki şəxsin həbs müddətini əfv edərək onları azadlığa buraxıb. Almaniyanın Xarici İşlər Nazirinin İrana səfərindən sonra isə jurnalistlər paytaxt Tehrana yollanıblar.
Comment