0
Sunday 24 May 2009 - 10:28

İSRAIL TÜRKMƏNISTANDA SƏFIRLIK AÇACAQ

Story Code : 5560
İSRAIL TÜRKMƏNISTANDA SƏFIRLIK AÇACAQ
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyinin Media və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Səfirliyin açılması qərarı Türkmənistanla əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır və Mərkəzi Asiya ölkələri ilə əlaqələrdə yeni mərhələnin başlanğıcıdır.

Baş nazirin müavini və xarici işlər naziri Aviqdor Liberman bu məsələni türkmən həmkarı Rəşid Meredovla müzakirə edib və İsrailin qərarını ona çatdırıb. Türkmənistan naziri bu elanı alqışlayıb. 1990-cı illərin əvvəllərində diplomatik əlaqələrin qurulduğu vaxtdan İsraillə Türkmənistan ölkələr arasında əlaqələrin genişlənməsi və dərinləşməsinə töhvələr verib.

Bütün digər məsələlərlə yanaşı İsrail kənd təsərrüfatı və səhiyyə sahəsində Türkmənistan ekspertlərinin hazırlanmasına xüsusi önəm verir. Bu sahələrə cavabdeh olan türkmən nazirlər İsrailə səfər edərək həmkarları ilə görüşlər keçiriblər. İsrailin diplomatik əlaqələri isə Yerusəlimdə oturan səfirlə fəaliyyətdən ibarət olub.
Türkmənistan Mərkəzi Asiyanın aparıcı ölkələrindən biridir və İsrailin bu ölkə ilə münasibətləri siyasi, iqtisadi və strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Biz əminik ki, İsrailin səfir səviyyəsində Aşğabadda daimi təmsilçiliyi Türkmənistan kimi dost ölkə ilə əlaqələrin inkişafında əlavə təkan olacaq.
Source : APA
Comment