0
Monday 21 February 2011 - 14:26

İraqı ABŞ-a kim satıb?

Story Code : 55644
İraqı ABŞ-a kim satıb?
İraqı ABŞ-a kim satıb?
Islam times.org/az/ - İraq döyüşündən öncə Buş hökumətinin İraqda Səddam rejimini dəyişmək üçün həyata keçirdiyi əməliyyatın şimaldan başlaması və Türk ordusunun da əməliyyata dəstək verməsi mövzusunda Ankara ilə keçirdiyi maraqlı görüşün protokolları dünən WikiLeaks sənədlərini verən Norveç qəzeti Aftenposten tərəfindən nəşr olunub.

3 dekabr 2002-ci il tarixində Ankaraya gələn o zamanın ABŞ Müdafiə nazirnin müavini Paul Volfovitz ilə Xarici işlər naziri müavini Marc Qrossman ilə sabiq baş nazir Abdullah Gül arasında baş tutan görüşün protokollarında bu dialoqlar aşkar edilib:

Volfovitz: Prezident Buş məni və Qrossmanı İraq əməliyyatına Türkiyənin də qoşulması təklifini etmək üçün bura göndərdi. Çox qısa bir müddət əvvəl vəzifəyə gəldiyinizi bilirəm. Amma Türkiyənin təcili formada qərar verməsinə ehtiyacımız var. Türkiyənin döyüşün həm planlaşdırılmasında həm də hazırlıq mərhələsində iştirak etməsini istəyirik. Türk hökumətindən bunları istəyirik:

- Ordular arası planlaşdırılma görüşləri.

- Türk hərbi islahatların araşdırılmasında addımların atılması.

- Türk ordusunun əməliyyatda iştirakı

- İngiltərənin də daxil ola biləcəyi bir koalisiya gücünün qəbulu

- Şimali İraqdakı terroristlər əleyhinə dəstəkə Türkiyədən dərhal bir cavab almalıyıq.
Türkiyənin qırmızı xəttləri bizim də qırmızı xəttlərimizdir. Nədir bunlar:

- İraqın ərazi bütövlüyü qorunacaq

- Hər hansı bir Kürd dövlətinin qurulmasına icazə verilməyəcək.

- Türkmənlərin haqqları və rifahı qorunacaq.

- Kərkük və Mosul İraq mərkəzi rəhbərliyində qalacaq.

- İraq neftinə İraq mərkəzi rəhbərliyi tərəfindən nəzarət ediləcək.

Türkiyənin İraqa qarşı hərbi əməliyyatdan qazanacağı çox şey var. Müharibənin Türkiyə iqtisadiyyatına ziyanları haqda da bilirik. Bu səbəblə prezident Buş Türkiyəyə bu kömək paketini təklif edir:

- 2 il müddətində iqtisadi dəstək fondu və Xarici Ölkələr Hərbi Maliyyəsi Fondundan ildə 2 milyard dollar.

- 1 milyard dollar dəyərində neft.

- ABŞ ordusundan 500 milyon dollarlıq yardım.

- Türkiyə dəstək qərarını verərsə, lakin döyüşə müdaxilə etməzsə, 355 milyon dollarlıq yardım veriləcək.

Türkiyə bu tələbimizi rədd etsə, müharibə daha uzun müddət davam edə bilər, bu da bizim üçün heç sərfəli deyil. Əlavə olaraq Şimali İraqda nələr baş verəcəyini də bilmirik. Sizdən çox təcili bir cavab istəyirik. Dekabrın 6-na qədər...

ABDULLAH GÜL: Həftənin sonuna qədər?! Türkiyə uzun müddətdir ABŞ ilə strateji sahədə ortaqdır. Türkiyə bu əlaqəni daha da dərinləşdirmək istəyir.

İraq rejimi çox təhlükəli bir rejimdir, xalqına çox zülm edib. İraqın kütləvi qırğın silahlarının həm Türkiyəyə həm də bölgəyə təhlükə olduğunu qəbul edirik. Döyüş istəmirik amma sizin məqsədinizi də anlayırıq. Açığı, siyasi bir qərar vermək üçün daha çox vaxta ehtiyacımız var.

İctimaiyyəti hazırlamaq üçün zaman lazımdır. Bütün tələblərinizə “bəli” deyə bilərik amma həm bu mövzuyla daha çox məşğul olmamız daha məqsədə uyğundur. Türkiyənin milyonlarla işsizi var. İqtisadiyyatımızın zəif tərəfləri var. Əməkdaşlıq edəcəyik, amma Xarici işlər Nazirim də Müdafiə Nazirim də çox az şey bilir. Bir az işləməliyik.

Aftenposten
Translator :
Source : WikiLeaks
Comment