QR CodeQR Code

Zeynəlabidin bin Əli öldümü?

IslamTimes , 21 Feb 2011 15:11

Reporter :

Translator :

İslamtimes - Açıqlamada bildirilir ki, bin Əli inqilab zamanı öldürülən insanlara görə mühakimə olunmalıdır.


islamtimes.org/az/ - Tunis Xarici işlər nazirliyindən verilən məlumata görə Səudiyyə Ərəbistanıdan, devrilmiş dövlət başçısı bin Əli haqda məlumat verilməsi tələb edilib.

Nazirlik, bin Əlini mühakimə olunmaq üçün Tunisə qaytarmaq istədiklərini və
bunun üçün tədbirlər həyata keçirildiyi bildirilir.
Açıqlamada bildirilir ki, bin Əli inqilab zamanı öldürülən insanlara görə mühakimə olunmalıdır.

Qeyd edək ki, 74 yaşlı bin Əli, ölkədə rəhbərlik əleyhinə baş verən qiyamlardan sonra yanvarın 14-də , 23 illik hakimiyyətini buraxaraq Səudiyyə Ərəbistanına qaçmışdı.

Xatırladaq ki, son günlər bin Əlinin vəziyyətinin ağır olduğu, hətta öldüyü haqda da söz-söhbətlər yayılmışdı.


Story Code: 55658

News Link :
https://www.islamtimes.org/az/news/55658/zeynəlabidin-bin-əli-öldümü

Islam Times
  https://www.islamtimes.org