QR CodeQR Code

Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq

Apa , 31 Jul 2016 13:07

İslamtimes - Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq.


APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “A Haber” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq.

Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.

Hazırda ölkədə dörd ali hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.


Story Code: 556769

News Link :
https://www.islamtimes.org/az/news/556769/türkiyədə-fəaliyyət-göstərən-bütün-hərbi-təhsil-müəssisələri-bağlanacaq

Islam Times
  https://www.islamtimes.org