QR CodeQR Code

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

Apa , 1 Aug 2016 00:42

Islamtimes - ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford iyulun 31-də Türkiyəyə gəlib.


APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Danford Ankarada keçirdiyi görüşlərdən sonra Türkiyənin cənubunda yerləşən "İncirlik" hərbi bazasına baş çəkəcək, ABŞ hərbçiləri ilə görüşəcək.
Avqustun 1-də C.Danfordu Türkiyənin baş naziri Binəli Yıldırım qəbul edəcək.

Qeyd edək ki, bu, 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyəyə səfər edən ilk yüksək rütbəli ABŞ rəsmisidir.


Story Code: 556896

News Link :
https://www.islamtimes.org/az/news/556896/abş-silahlı-qüvvələrinin-baş-qərargah-rəisi-türkiyədə-səfərdədir

Islam Times
  https://www.islamtimes.org