0
Monday 21 February 2011 - 16:54

Xaricilər Liviyanı tərk edir

Story Code : 55699
Xaricilər Liviyanı tərk edir
Xaricilər Liviyanı tərk edir
“IslamTimes” “HaberTurk”-ə istinadən xəbər verir ki, Müəmmər Qəzzafinin istefasını tələb edən nümayişçilər şəhərləri ələ keçirir. Bu gün Türkiyə də öz vətəndaşlarını Liviyadan çıxarmaq üçün bu ölkəyə təyyarə yollayıb.
Türk Hava Yollarının (THY) Türkiyə vətəndaşlarını Liviyadan çıxarmaq üçün hazırladığı 3 təyyarədən birincisi İstanbuldan Binqaziyə hərəkət edib.
Xarici işlər nazirliyinin göstərişindən sonra Livyadakı Türkiyə vətəndaşlarının Liviyadan köçürülməsi üçün Atatürk Hava limanından Airbus 330 tipli bir təyyarə, Liviyanın Binqazi şəhərinə yola düşüb.
Cəmi 281 sərnişin tutumlu təyyarədə, TRT və Anadolu Agentliyindən müxbirlər də var.
Comment