0
1
comments
Monday 21 February 2011 - 16:58

İranda yaşayan azərbaycanlı xanımların etiraz aksiyası

Story Code : 55700
Tehran - etiraz aksiyası
Tehran - etiraz aksiyası
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyasına qatılan yüzlərlə azərbaycanlı xanım məscidlərə, azana, hicablı örtüklə pasport fotoşəklinə münasibətdə məmur özbaşnalığını pisləyərək dindarların konstitusion hüquqlarının bərpasını istəyiblər.
Aksiyada son dövrdə hisablı məktəblilərin təhsildən ayrılması, dindarların silah-sursat toplamaq, terrorçu dəstə yaratmaq kimi cinayət əməllərilə şərlənərək həbsə alınmasına etiraz olaraq şüarlar səslənib. Şüarlarda dini dəyərlərə və dindarlara qarşı repressiyalara son qoyulmasına çağırılıb.
Aksiyanın sonunda qətnamə qəbul edilib. Qətnamədə deyilir:
Bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında toplanmaqda məqsədimiz doğma vətənizimizdə İslam dəyərləri və inanclı insanlara qarşı həyata keçirilən repressiyalardır. Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq təhsil ocaqlarında, orta məktəblərdə hicaba qadağa qoyması biz, İranda yaşayan azərbaycanlı xanımları narahat etməyə bilməz. Axı necə ola bilər ki, insan haqlarından, demokratiyadan danışan, beynəlxalq öhdəliklərə qoşulan bir hökumət dini kəsimə bu qədər ögey, bəlkə də düşmən münasibət nümayiş etdirsin?!
Biz azərbaycanlı müsəlman xanımlar hicab və hicab qadağası məhbuslarına qarşı repressiyaları pisləyir və dövlətdən təcili tədbilər görülməsini tələb edirik. Belə ki, hicab qadağası aradan qaldırılmalı, hicab qadağası məhbusları azad edilməli, televiziyada və mətbuatda dini dəyərlərə, müqəddəsliklərə qarşı kampaniya xarakterli təbliğata son qoyulmalıdır. Dövlət rəsmiləri unutmamalıdır ki, bütün dünya boyu İslam dəyərlərinə qarşı repressiv tədbirlər xalqların qiyamı ilə nəticələnib və Azərbaycan Respublikasındakı anti-islami layihələr də dünya müsəlmanlarının diqqət mərkəzindədir və etirazla qarşılanır.

20 fevral, 2011-ci il
Tehran
HaqqYolu
Comment


daglig qarabagi dunyaya awkar etdiyiniz ucun size cox tewekkur edirem