0
Tuesday 2 August 2016 - 16:30

Fəthullah Gülən yeni çevriliş hazırlayır

Story Code : 557393
Fəthullah Gülən yeni çevriliş hazırlayır
İyulun 15-də çevriliş cəhdi Türkiyədə xalqla hakimiyyətin sıx birliyi nəticəsində uğursuzluğa düçar olandan sonra Gülən tərəfdarlarından ibarət olan "nurçular" alternativ plana əl atıblar.

Milli.Az Türkiyədə sosial şəbəkələrdə geniş müzakirə olunan məsələlərdən birinin də "avqustun 14-ü günü" olduğunu bildirir. Ekspert və analitiklərin fikrincə, Gülən tərəfdarlarının Fəthullahçı Terror Təşkilatı (FETÖ) məhz avqustun 14-də yenidən Türkiyədə çevriliş etməyə cəhd göstərəcəklər.
İyulun 15-dəki çevrilişlə bağlı 9 ay əvvəl "nurçular" arasında simvollar və işarələrlə "xəbərdarlıq"lar dolaşırdı. Belə ki, ilk əvvəl "Zaman" qəzeti FETÖ mənsublarına sosial telereklamlardakı sirena səsləri vasitəsilə mesaj verdi. Sirena səsindən sonra ekranda gülümsəyən uşaq siması meyda olmuşdu, "İyulun 15-i..." yazılmışdı.
ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsinə sığınan Fəthullan Gülən daha sonra "Herkül" saytındakı "HerkülNağme" bölməsindəki videoları ilə tərəfdarlarına "səbr edin, hazırlaşın" mesajı vermişdi.
Daha sonra o demişdi: "Nə qədər ağır olursa-olsun, səbr et. Dişlərini bir-birinə sıx və səbr et! İnkubatorda yumurtaların 20 gün çevrildiyini unutma!"

Türkiyənin Nazirlər Kabinetində İnformasiya Təhlükəsizliyi Xidmətinin rəhbərlərindən btiri Akif Mustafa Koçyigit isə Tvitter-dəki profilində iyulun 20-də, həbs olunmasından iki saat əvvəl yazmışdı: "Avqustun 14-də yenidən görüşmək ümidi ilə, sağ olun".
Çevriliş cəhdindən sonra həbs olunan generalların bir neçəsi də polis idarələrində ifadə verərkən "Avqustun 14-də sevinəcəyik" deyiblər.
Fəthullah Gülənin "HerkülNağme"də paylaşılan son videosunda o, Türkiyəni açıq-aşkar hədələyərək deyib: "Ey ona, buna dalan insan, fərqli şeylərlə zəhərlənən insan - sabah çıxacağına təminat yox! Beyin qanaması gürz kimi enə bilər, alar, götürər səni! Heç ummadığın yerində xərçəng şişi yaranar, öldürər səni. Qəflətən gələr, çarpar səni!"
F.Gülənin Pensilvaniyadakı malikanəsində, yataq otağındakı kağız parçalama qurğusu da diqqət çəkib.

FETÖ lideri, iddia etdiyi kimi, "yalnız dualarla məşğuldur"sa, onda o hansı sənədləri və niyə parçalamaq üçün bu qurğunu yataq otağında saxlasın ki...
Source : Islamazeri
Comment