QR CodeQR Code

Natiq Kərimov barəsində məhkəmə qərarı

Islamazeri , 2 Aug 2016 16:46

Islamtimes - Səbail rayon Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.


Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə qətimkan tədbirinin 2 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.


Story Code: 557399

News Link :
https://www.islamtimes.org/az/news/557399/natiq-kərimov-barəsində-məhkəmə-qərarı

Islam Times
  https://www.islamtimes.org