QR CodeQR Code

Ərdoğan: "Qərb terroru dəstəkləyir və çevrilişlərin yanında durur"

Deyerler , 3 Aug 2016 00:14

Islamtimes - Rəcəb Tayyib Ərdoğan prezident sarayında beynəlxalq investorlarla yüksək səviyyəli iqtisadiyyat toplantısına qatılıb.


Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Ərdoğan FETÖ-nün çevriliş cəhdilə bağlı açıqlamasında Qərbi tənqid edib: "Təəssüflər olsun ki, Qərb terrora dəstək verir və çevrilişlərin yanında qərar tutub. Bunların canı bizim kimi ağrımır, amma bizim canımız ağrıyır".

Ərdoğan çevriliş cəhdinin yalnız daxildə planlaşdırılan və hazırlanan bir hadisə olmadığını deyərək belə danışıb: "Mən sözü üzə deyənəm, bu hadisə, daxildə aktyorları olan, amma senarisi kənarda yazılan bir çevriliş hərəkətidir".

Ərdoğan müxtəlif ölkələrin çevriliş cəhdinə qarşı yanaşmasını da tənqid edib: "Digər terror təşkilatlarıyla olan mübarizəmizdə olduğu kimi, çevriliş cəhdi zamanı və ondan sonra da dostlarımızdan gözlədiyimiz dəstəyi ala bilmədiyimizi açıq-aşkar deməyə məcburam, bunu narahatlıqla dilə gətirirəm. Bu həqiqəti görmək üçün çevriliş əsnasında və ondan sonra ortaya qoyulan reaksiyalara baxmaq kifayətdir".


Story Code: 557497

News Link :
https://www.islamtimes.org/az/news/557497/ərdoğan-qərb-terroru-dəstəkləyir-və-çevrilişlərin-yanında-durur

Islam Times
  https://www.islamtimes.org