QR CodeQR Code

"Hizbullah" Musa Sədrin azad edilməsini gözləyir

22 Feb 2011 09:39

IslamTimes - Livan "Hizbullah" hərəkatı Liviyadakı hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda Qəddafinin xalqını qətlə yetirməsi sərt tənqid edilərək dünyanın bu qırğına səssiz qalmasınını pislənilib.


Bəyanatda deyilir: "Hizbullah xalqına zülm edən Qəddafi rejimin bütün cinayətlərini pisləyir. Biz qətlə yetirilənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Hizbullah inqilabçıları dəstəkləyir və dua edir ki, bu diktatorun da sonu tez gəlsin. Qəddafi "Hizbullah"ın İmamını oğurlayaraq bizə sarsıdıcı zərbə vurub. Biz inqilabçılardan İmam Musa Sədri və onun zindan dostlarının azad ediləcəyini və bu zalımın devriləcəyini gözləyirik və bu işin baş tutması üçün Qüdrətli Allaha dua edirik". /islam-azeri/


Story Code: 55782

News Link :
https://www.islamtimes.org/az/news/55782/hizbullah-musa-sədrin-azad-edilməsini-gözləyir

Islam Times
  https://www.islamtimes.org