QR CodeQR Code

Mərakeşdə faciə

22 Feb 2011 09:42

IslamTimes - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açıb.


Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb.

Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar peyda olub.

Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir. /HaqqYolu/


Story Code: 55784

News Link :
https://www.islamtimes.org/az/news/55784/mərakeşdə-faciə

Islam Times
  https://www.islamtimes.org