0
Tuesday 22 February 2011 - 11:47

Qəzzafinin oğlundan xalqa xəbərdarlıq, - "qan gölü"

Story Code : 55815
Qəzzafinin oğlundan xalqa xəbərdarlıq
Qəzzafinin oğlundan xalqa xəbərdarlıq
"IslamTimes" verdiyi məlumata əsasən, Müəmmər Qəzzafinin oğlu Seyful-İslam Qəzzafi televiziya proqramlarından biri vasitəsi ilə deyib:
"Liviyada həssas günlər yaşanır. Əgər xalq bu gün müzakirə yolunu seçməsə, artıq 84 nəfərə əzadarlıq edilməyəcək. Əmin olun ki, ölkədə minlərlə insan öldürüləcək və Liviya qan gölünə çevriləcək."
O həmçinin müxalifəti ölkədə qarşıdurma yaratmaqda ittiham edərək xalqdan qiyama son qoymağı istəyib. Seyful-İslam Qəzzafi qiyamın yatırılması ilə bağlı çıxışının ardınca müxaliflərlə müzakirə və region dövlətlərində sabitlik yaradılmasını istəyib. Qəzzafi dövlətin qanlarının son damlasınadək müxaliflərə vuruşacağını bildirib.
Comment