QR CodeQR Code

Qazaxıstanda Gülən məktəbləri bağlanacaq

Axar , 5 Aug 2016 23:43

İslamtimes - Türkiyədə səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə mühüm bəyanatlar verib.


Axar.az xəbər verir ki, Nazarbayev Ərdoğanla görüşdə FETÖ məktəblərinin Qazaxıstanda bağlanılması ilə bağlı razılıq əldə edildiyini bildirib:

"Bunlar dövlət nəzarətində olan məktəblərdir. Biz Türkiyəyə qarşı mübarizə aparan heç kimi dəstəkləməyəcəyik. Bu mənafeyimizə uyğun gəlməz. Biz razılaşdıq, nəzərdən keçirəcəyik. Əgər FETÖ ilə əlaqələri olarsa, geri göndərəcəyik və yeni müəllimlər istəyəcəyik. Onlar arasında terrorizmə yoluxanlar varsa, biz Türkiyənin bütün tələbinə qarşılıq verəcəyik. Bu məsələ həll ediləcək, hüquq çərçivəsindən kənara çıxmayacağıq".

"FETÖ bizə bu düşmənçiliyi edib. Bu gün bizə, sabah başqalarına eyni şeyləri edə bilərlər. Qazaxıstanda 33 məktəbləri var. Siyahıları çatdırdıq. Maarif Fondumuzla Qazaxıstanın Milli Təhsil Nazirliyi arasında bu istiqamətdə müəyyən addımlar atılacaq", - bu sözləri Ərdoğan bildirib.


Story Code: 558212

News Link :
https://www.islamtimes.org/az/news/558212/qazaxıstanda-gülən-məktəbləri-bağlanacaq

Islam Times
  https://www.islamtimes.org