0
Friday 5 August 2016 - 23:46

Yerusəlim Post yazarı: "İŞİD-in məhv edilməsi maraqlarımıza ziddir"

Story Code : 558214
Yerusəlim Post yazarı: "İŞİD-in məhv edilməsi maraqlarımıza ziddir"
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Yerusəlim Post yazarı İŞİD-in tamamilə məhv edilməməli olduğunu bildirərək deyib ki, İŞİD üzvlərini məhv etmək Qərbin maraqlarına ziddir.

Efraim İnbar qələmə aldığı yazıda belə qeyd edib: "ABŞ müdafiə naziri Eşton Karter son vaxtlar İŞİD-in məhv edilməsi üçün böyük əməliyyatlar keçirir. Ötən günlərdə də müdafiə nazirlərinin iclasına da rəhbərlik ediblər. Ancaq İŞİD-in məhv edilməsi tarixi bir səhv olar. Bunun çox fərqli səbəbləri mövcuddur. Təşkilat siyasi boşluqların olduğu yerlərdə zəif dövlətlərə qarşı vuruşur. Ancaq məhv edilməsi məsələsinə gələndə sərhəddən kənar hücumlarını daha da artıracaq və Qərbdəki müsəlmanları daha çox radikallaşmaq imkanına malik olacaqlar".

Qərbin sabitlik axtarışında olmasını da tənqid edən İnbar belə qeyd edib: "Qərb sabitlik axtarışındadır və İŞİD-i məhv edərək, hərbi məqsədlərə çatmağı hədəfləyib. Amma sabitlik həmişə bir dəyər ola bilməz. Sabitlik yalnız bizim maraqlarımıza xidmət etmək üçün mövzu ola bilər".
Source : Deyerler
Comment