0
Wednesday 10 August 2016 - 13:26

Suriya ordusu Hələbdə strateji əhəmiyyət kəsb edən yüksəklikləri azad etdi

Story Code : 559500
Suriya ordusu Hələbdə strateji əhəmiyyət kəsb edən yüksəklikləri azad etdi
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, hökumət qüvvələri bu dəfə Tell-Snoubarat yüksəkliyini terrorçulardan azad etməyə müvəffəq olub. Bununla Suriya ordusu terrorçuların Hələbin qərb rayonlarına daxil olmalarının qarşısını alıb. Eyni zamanda artilleriya terrorçuların mövqelərini atəşə tutur və yaraqlıların şəhərlərə yaxınlaşmalarına imkan vermir.

Bundan başqa Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr terrorçuların avtomobil kolonlarına aviazərbələr endirir. Bu raket zərbələri nəticəsində xeyli sayda terrorçu məhv edilib. Eyni zamanda 36 ədəd hərbi texnika sıradan çıxarılıb.
Source : Deyerler
Comment