QR CodeQR Code

İraq MN: "Mosul əməliyyatının başlanmasına az qaldı"

Deyerler , 14 Aug 2016 14:32

İslamtimies - İraqın müdafiə naziri Xalid Əl-Ubeydi Barak Obamanın nümayəndəsi Bret MakQark və ABŞ-ın İraqdakı səfiri Stüart Consla birlikdə, İraq qüvvələrinin Mosulun işğaldan azad edilməsi əməliyyatlarına hazırlıq səviyyəsini müzakirə ediblər.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyinin yaydığı açıqlamaya əsasən, Bret MakQark görüşdə belə danışıb: "Bütün səyimiz Mosulu işğaldan azad etmək olmalıdır. Bu mübarizə təkcə iraqlıların müharibəsi deyil. Biz bu müharibəni bütün dünyanın müharibəsi kimi görürük. İŞİD-in məhv edilməsi beynəlxalq qələbədir və Amerika bütün imkanlarıyla İraqın silahlı qüvvələrini dəstəkləyəcəkdir".

Xalid Əl-Ubeydi isə öz növbəsində belə danışıb: "Mosulun işğaldan azad edilməsi əməliyyatlarının başlamasına çox az bir vaxt qalıb və əməliyyat üçün hazırlıqlar ən yüksək səviyyədədir. İŞİD terrorçuları bütün iraqlılar tərəfindən məğlub ediləcək və bu yolda sülhməramlı qüvvələr də dəstək verəcək".


Story Code: 560470

News Link :
https://www.islamtimes.org/az/news/560470/iraq-mn-mosul-əməliyyatının-başlanmasına-az-qaldı

Islam Times
  https://www.islamtimes.org