QR CodeQR Code

Azərbaycanda qiyam ehtimalı

23 Feb 2011 23:42

IslamTimes - ABŞ xarici əlaqələr şurasının orqanı olan Farin Palsi jurnalında Misirdə və Tunisdə baş verən inqilabların Azərbaycan Respublikasına və bir sıra mərkəzi asiya ölkələrinə keçəcəyi ehtimalından danışılır


Fyuna Hilin yazdığı məqalədə bildirilir ki, ərəb ölkələrində baş verən inqilabların Azərbaycana və mərkəzi asiya ölkələrinə keçmək ehtimalı böyükdür. Çünki bu ölkələrdə xalq kütlələri rejimlər tərəfindən əzilir.
Hil öz məqaləsində bildirir ki, 2003-cü ildə hakimiyyətin Heydər Əliyevdən oğlu İlham Əliyevə keçməsi müxaliflərin etirazları ilə müşayət edilib.
Bunun ardınca ABŞ universitetinin professoru Maykl Tkaçik Tunis və Misir inqilablarının səbəblərini yada salaraq Azərbaycanda da oxşar səbəblərin olduğunu dilə gətirib. O yazır ki, Azərbaycanda neftdən olduqca böyük gəlirlər götürüldüyü halda xalq acınacaqlı vəziyyətdə yaşayır. Ekspertin nəzərincə güc strukturları ölkədəki sabitliyi uzun müddət saxlaya bilməzlər.
Amerikanın Blomberg informasiya agentliyi də Azərbaycanda inqilab ehtimalından yazır. Artıq Amerikanın rəsmi dairələrində Azərbaycanda sabitliyin pozulacağı ilə bağlı ciddi narahatlıqlar var. Elə bu səbəbdən də onlar öz vətəndaşlarını terror təhlükəsindən xəbərdar ediblər. Azərbaycana yenicə təyin olunmuş səfir Metyu Brayza bildirib ki, ağ evin təkrar xəbərdarlığı mövzunun ciddi olduğunu göstərir. Hazırda Azərbaycandakı ABŞ Britanya və İsrail vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edilib. /HaqqYolu/


Story Code: 56104

News Link :
https://www.islamtimes.org/az/news/56104/azərbaycanda-qiyam-ehtimalı

Islam Times
  https://www.islamtimes.org