0
Thursday 24 February 2011 - 08:58

Paşazadənin qulağına kim pıçıldayır?

Story Code : 56122
Paşazadənin qulağına kim pıçıldayır?
Paşazadənin qulağına kim pıçıldayır?
Bu qəbil insanlarda ilahi bir uzaqgörənliyin olması mümkün haldır.
İnterfax yazır ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ərəb ölkələrində etiraz dalğaları səbəbindən Azərbaycanda qeyri-stabilləşmə ehtimalını istisna edir. Maraqlıdır ki, Şeyxin qulağına bunu kim pıçıldayıb? Kimdir onun imamı? Özünü Allahın bəndəsi sayan bir insan Allahın işinəmi qarışır? Allahdan xəbər varmı Şeyxə? Məgər Azərbaycandakı rejim Misirdəkindən möhkəmdir?
Şeyx deyib: “Müəyyən qüvvələr Azərbaycandakı vəziyyətə də dəyişikliklər etmək istəyir, lakin bizim dövlət sabitdir və dünyanın Tunisdə və Misirdə müşahidə etdiyi ölkədaxili narazılıqlar yoxdur”. Paşazadə bu falçı proqnozunu Fransanın Bakıdakı səfiri Qabriel Keller ilə görüşündə onun sualını cavablandırarkən bildirib.
Heç demə Şeyx Misirdə bu hadisələri gözləyirmiş.
“Mən bu ölkədə dəfələrlə olmuşam və burada əhalinin həyat səviyyəsinin nə qədər aşağı olduğunu görmüşəm. Bir çoxları mənzillərindən məhrum olaraq hətta qəbiristanlıq ərazilərində də yaşayırdılar”, - deyə A.Paşazadə öz təəssüratlarını Fransa səfiri ilə bölüşüb.
Demək, Şeyx Azərbaycandakı vəziyyəti müsbət dəyərləndirir. Hamı imkanlı və azaddır! Nə intihar edən var, nə də qətlə yetirilən! Bu söhbətimizi başa vurmaq üçün daha bir cümləyə ehtiyac qalır: Bir ölkədə ki, haqqı deyən dindarı şərləyib tutan rejimin arxasında Şeyx dayanıb, bu rejimə zaval yoxdur!

Babək Təbrizli
HaqqYolu üçün

Comment