0
Wednesday 17 August 2016 - 22:26

Ərdoğan indi də İrana gedir

Story Code : 561228
Ərdoğan indi də İrana gedir
Virtualaz.org bildirir ki, bu barədə Fars agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, səfərdə məqsəd Suriyadakı yaraqlılarla mübarizə aparmaq üçün Rusiya-Türkiyə-İran koalisiyasının yaradılması məsələsini müzakirə etməkdir. Xatırladaq ki, Ərdoğan Suriyada hərbi əməliyyatlara son qoyulmasının yollarını bir neçə gün əvvəl Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə də müzakirə edib. Yeri gəlmişkən, xəbəri verən mənbə onu da bildirib ki, tezliklə üç ölkənin nümayəndələri arasında bu mövzuda danışıqlar olacaq.
Comment