QR CodeQR Code

Türkiyədə azərbaycanlı qardaş bacısını öldürdü

17 Aug 2016 22:49

IslamTimes - Türkiyədə azərbaycanlı qadın qardaşı tərəfindən qətlə yetirilib.


APA-nın verdiyi məlumata görə, hadisə Trabzon şəhərinin Ortahisar bölgəsində baş verib. Gülxanım Əkbər adlı 33 yaşlı azərbaycanlı qadının, qardaşı - 30 yaşlı Əli Əkbərlə binanın pilləkənində pul üstündə mübahisəsi düşüb. Bacısından pul istəyən və ala bilməyən Ə. Əkbər onu bıçaqlayıb. G. Əkbər qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə. Əkbərin saxlanılması istiqamətində tədbirlər görülür.


Story Code: 561237

News Link :
https://www.islamtimes.org/az/news/561237/türkiyədə-azərbaycanlı-qardaş-bacısını-öldürdü

Islam Times
  https://www.islamtimes.org