0
Wednesday 17 August 2016 - 22:49

Türkiyədə azərbaycanlı qardaş bacısını öldürdü

Story Code : 561237
Türkiyədə azərbaycanlı qardaş bacısını öldürdü
APA-nın verdiyi məlumata görə, hadisə Trabzon şəhərinin Ortahisar bölgəsində baş verib. Gülxanım Əkbər adlı 33 yaşlı azərbaycanlı qadının, qardaşı - 30 yaşlı Əli Əkbərlə binanın pilləkənində pul üstündə mübahisəsi düşüb. Bacısından pul istəyən və ala bilməyən Ə. Əkbər onu bıçaqlayıb. G. Əkbər qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə. Əkbərin saxlanılması istiqamətində tədbirlər görülür.
Comment