0
Wednesday 17 August 2016 - 22:58

NATO Rusiyanın terrorçuları bombalamasından narahatdı

Story Code : 561243
NATO Rusiyanın terrorçuları bombalamasından narahatdı
Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu NATO nümayəndəsi məsələyə münasibət bildirərkən deyib. "Rusiyanın Bəşər Əsəd rejimini dəstəkləmək məqsədilə Suriyada uzunmüddətli hərbi iştirakı narahatlıq doğurur. Rusiya tərəfindən aviazərbələrin "ölü müxalifət" qruplarına endirilməsi risklərin azalmasına və regional təhlükəsizliyə səbəb olmur", - deyə alyans rəsmisi vurğulayıb. O, əlavə edib ki, NATO məsələnin siyasi həllinə dair bütün cəhdləri dəstəkləyir: "NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir və bununla bağlı mövqeyi dəyişməz olaraq qalır".
Comment