QR CodeQR Code

Yəməndə 8 millət vəkili parlamentdən istefa verdi

Deyerler , 24 Feb 2011 11:00

IslamTimes - Yəməndə hökumətin nümayişçilərə qarı güc tətbiq etməsinə etiraz olaraq, 8 millət vəkili istefa veriblər.


Millət vəkilləri prezident Əli Abdullah Salihin istefa tələbi ilə paytaxtda oturaq aksiya keçirən nümayişçilərə qarşı polisin güc tətbiq etməsinə etiraz olaraq ötən gecə istefa verdiklərini bəyan ediblər. Daha 59 millət vəkilinin hökumətə etiraz olaraq istefa verəcəyi haqda məlumat yayılıb. Qeyd edək ki, fevral ayının 16-da Yəmənin iqtidarda olan partiyasından 2 parllamentari nümayişlər zamanı 12 nəfərin təhlükəsizlik işçiləri tərəfindən öldürülməsinə etiraz olaraq parlamentdən istefa vermişdi. Yəmən ciddi informasiya blokadasında olduğundan oradan məlumatlar əldə etmək çox çətindir.


Story Code: 56145

News Link :
https://www.islamtimes.org/az/news/56145/yəməndə-8-millət-vəkili-parlamentdən-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org