Bəhreyn rejimi Əhli-Beyt (ə) ardıcıllarına yenə cümə namazı qılmağa mane oldu
Story Code : 561846
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri zorakılıq və təzyiq siyasətinin davamı olaraq, 5-ci həftədir ki, paytaxt Manamanın Əd-Diraz rayonunda cümə namazının qılınmasına mane olur.
Əl-Aləm televiziyasının verdiyi xəbərə əsasən, rejim qüvvələri Əd Diraz rayonunda cümə namazına bu həftə də əngəl törətməsi xalqının ciddi etirazlarına səbəb olub.
Nümayişçilər ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasıma dəstəklərini bir daha bəyan ediblər.
Rejimin təhlükəsizlik qüvvələri Əd-Diraz bölgəsinin ətrafında güclü təhlükəsizlik tədbirləri həyata keçirir.