QR CodeQR Code

İmam Musa Sədrin oğlu danışdı

IRIB , 24 Feb 2011 15:18

Translator :

İslamtimes - Qəddafi rejimi əleyhdarı siyasi liderlərdən olan İsa Əbdülməcid, əvvəllər İmam Musa Sədrin həyatda olduğunu və Livyada bir həbsxanada saxlanıldığını açıqlamışdı.


islamtimes.org/az/ - İran radio və televiziya təşkilatı nəzdində Mərkəzi Xəbər Agentliyinin bildirdiyinə görə Livan Hərəkatının Qurucusu İmam Musa Sədrın oğlu Sədrəddin Sədr, atasının Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddin adlı yoldaşlarıyla birlikdə Livyada bir həbsxanada saxlanıldığına dair xəbərlər açıqlamışdır.

Livyada yaşanan hadisələri anbaan izlədiklərini bildirən Sədrəddin Sədr, İmam Musa Sədr və iki yoldaşının hələ də həyatda olduqlarını bildirən açıqlamasında üçünün də azadlığa qovuşub Livana dönməsinə ümid etdiklərini söylədi.

İmam Musa Sədr, 1979-cu ildə Müəmmər Qəddafinin dəvətiylə Liviyaya getdiyi zaman itmiş, Liviya rejimi İmam Musa Sədr və yoldaşlarının Liviyaya gəlmədikləri haqda məlumat vermişdir.

Qəddafi rejimi əleyhdarı siyasi liderlərdən olan İsa Əbdülməcid, əvvəllər İmam Musa Sədrin həyatda olduğunu və Livyada bir həbsxanada saxlanıldığını açıqlamışdı.

Rejim əleyhdarları olan Liviyalı bəzi zabitlər də İmam Musa Sədrın ölmədiyi ilə bağlı məlumatları təsdiq etmiş və onun həbsxanada olduğunu bildirmişdilər.

Bundan əlavə Hizbullah da Liviyalı inqilabçılara İmam Musa Sədri azadlığına qovuşdurmalarına çağırdı.


Story Code: 56204

News Link :
https://www.islamtimes.org/az/news/56204/imam-musa-sədrin-oğlu-danışdı

Islam Times
  https://www.islamtimes.org