0
Monday 22 August 2016 - 18:17

Liviyada daha iki rayon İŞİD-in işğalından azad edildi

Story Code : 562359
Liviyada daha iki rayon İŞİD-in işğalından azad edildi
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Liviyada Milli Razılıq Hökumətinin (UMH) tabeliyindəki ordu qüvvələrinin İŞİD-ə qarşı həyata keçirdiyi "Əl-Bunyan Əl-Mərsus" əməliyyatı çərçivəsində, Sirtenin Ən-Naka və Əş-Şabiyyə terrorçularından təmizlənib.

"Əl-Bunyan Əl-Mərsus" əməliyyatının sözçüsü Məhəmməd Əl-Qasri işğaldan azad edilən rayonların Sirtenin şimalındakı 1-ci və 3-cü məhəllələr arasında yerləşdirdiyini deyib.

İŞİD üzvlərinin 3-cü məhəllə istiqamətində geri çəkildiyini deyən Qasri, qarşıdurmaların olduğu məhəllələrdə 10-dan çox İŞİD üzvünün cəsədinə rast gəldiklərini bildirib.

Qasri şəhərdə İŞİD nəzarətində təkcə 3-cü məhəllə ilə 1-ci məhəllənin şərq hissəsinin qaldığını deyib.
Source : Deyerler
Comment