QR CodeQR Code

Qəddafidən növbəti gülünc açıqlama

XezerXeber , 24 Feb 2011 21:02

IslamTimes - Liviya lideri Müəmmər Qəddafi ölkənin əl-Zaviyə şəhərinin sakinlərinə audiomüraciət ünvanlayıb


Müraciət yerli televiziyanın efirində səsləndirilib.
Qəddafi bəyan edib ki, Liviyanın bütün bədbəxtliklərinin baiskarı Üsamə bin Laden və yerli gənclikdir. Onun sözlərinə görə, dünyanın bir nömrəli terrorçusunun adamları yerli məscidlərdə gənclərə narkotik və alkoqol paylayır, gənclər isə bunun təsiri altında qanunsuzluqlar törədirlər.
Qəddafi bəyan edib ki, ictimai asayişi pozanlar məsuliyyətə cəlb edilməlidir: “Amma gəncliklə bu cür davranmaq olmaz. Çünki onlar yetkinlik yaşına çatmayıblar. Nümayişçilərin valideynlərinə və qohumlarına müraciət edirəm ki, onları evlərinə qaytarsınlar”.
Qeyd edək ki, Liviya lideri nümayişçilərin əlinə keçmiş əl-Zaviyə şəhərinə özünə sadiq olan hərbi birləşmələrin hücumundan sonra müraciətlə çıxış edib. Hücum zamanı nümayişçilərin gizləndiyi məscid də partladılıb.


Story Code: 56237

News Link :
https://www.islamtimes.org/az/news/56237/qəddafidən-növbəti-gülünc-açıqlama

Islam Times
  https://www.islamtimes.org