QR CodeQR Code

Bəhreyn rejimi öz cinayətlərini Ali Səudun diqtəsi ilə həyata keçirir

Maide , 22 Aug 2016 18:54

Islamtimes - Uzun müddətdir ki, Bəhreyndə Əhli-Beyt sevərlərə qarşı təqiblər, təzyiqlər başlayıb. Bir müddət əvvəl İslam alimi Şeyx İsa Qasim həbs olunub. Artıq onun istintaq müddəti bitib, sentyabrın 15-də növbəti məhkəmə prosesi keçiriləcək.


Maide.Az xəbər verir ki, istər Şeyx Qasimə qarşı qurulan məhkəmə, istərsə də Bəhreyn xalqına qarşı yönələn təzyiqlər barədə FaktXeber.com -a danışan Azərbaycan İslam Partiyasının sədrəvəzi Hacı İlham Əliyev Bəhreyn hakimiyyətinin bu cinayətləri birbaşa Ali Səud rejiminin diqtəsi ilə etdiyini bildirdi: «Bəhreyn hökuməti Səudiyyə Ərəbistanının bu gün Yəməndə törətdiyi cinayətləri öz xalqına qarşı tətbiq edir. Birbaşa Ali Səudun diqtəsi ilə Bəhreyn rejimi ölkədə yaşayan Əhli-beyt aşiqlərinə divan tutmaqdadır».

Ruhaninin sözlərinə görə, neçə illərdir ki, ölkədə yaşayan şiələrə divan tutan bu xəlifələr nəinki dünyanın etirazlarına məhəl qoymur, bəlkə də əksinə, gündən-günə xalqa qarşı təzyiqlərini daha da gücləndirir: «Rejim vaxtaşırı İslam alimlərini həbs eləmək, onlara işkəncə verməklə istəyir ki, öz tam hakimiyyətini Bəhreyn ərazisində möhkəmləndirsinlər. Elədikləri əməllər onların birbaşa Əhli-beytsevərlərlə düşmənçililik etdiyini göstərir. Onların əsas hədəfi Bəhreyn vilayətindən şiə məzhəbğini tamamilə təmizləməkdir».

AİP-in sədrəvəzi bu cinayətləri kəskin şəkildə qınadıqlarını bəyan etdi: «Onlara da çağırışımız budur ki, bu zülmlərdən əl çəksinlər. Onların bu əməlləri nəinki İslama, dinə, bəlkə də dünya qayda –qanunların ziddi hərəkətlərdir».

«Ümid edirik ki, Bəhreyn rejimi səhvlərini başa düşərək, öz millətinə, xalqına, xüsusilə də şiə məzhəbinin davamçılarına tutduğu bu divandan əl çəkib, həqiqəti başa düşüb, dərk edəcək», -deyə Hacı İlham Əliyev sözlərini yekunlaşdırdı.


Story Code: 562370

News Link :
https://www.islamtimes.org/az/news/562370/bəhreyn-rejimi-öz-cinayətlərini-ali-səudun-diqtəsi-ilə-həyata-keçirir

Islam Times
  https://www.islamtimes.org