QR CodeQR Code

Muğanda ərəb havası

25 Feb 2011 10:45

IslamTimes - Ötən gün Azərbaycanda ərəb inqilabı havası yaşanıəb. Daxili İşlər Nazirliyi fevralın 24-də Sabirabad və Saatlı rayon sakinlərinin keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat verib


Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin Lent.az-a verdiyi məlumatda bildirilir ki, saat 10:40 radələrində Saatlı və Sabirabad rayonlarının bir qrup sakini Saatlının Yeni Novruzlu kəndi ərazisində qanunsuz aksiyaya cəhd edib: “Həmin kəndin yaxınlığında Araz çayının üzərindəki körpüyə gedən yolda bir qrup sakin qanunsuz aksiyaya cəhd göstərib. Lakin bu tədbir müvafiq icra strukturları ilə razılaşdırılmadığından polis əməkdaşları qarşısını alıb. 4 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib ki, onlardan ikisi Sabirabad, digər ikisi isə Saatlı rayon sakinidir”. Yaş-asın xalqı qoruyan polis-i !


Story Code: 56266

News Link :
https://www.islamtimes.org/az/news/56266/muğanda-ərəb-havası

Islam Times
  https://www.islamtimes.org