QR CodeQR Code

Cəbhədə atəşkəs yenidən pozulub

Musavat , 28 Aug 2016 14:15

Islamtimes - Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.


Musavat.com xəbər verir ki, bu barəd Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vаzaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Story Code: 563727

News Link :
https://www.islamtimes.org/az/news/563727/cəbhədə-atəşkəs-yenidən-pozulub

Islam Times
  https://www.islamtimes.org