QR CodeQR Code

Bəhreyndə xalq Ayətullah İsa Qasımın mühakimə ediməsinə etiraz edir

Deyerler , 30 Aug 2016 18:06

Islamtimes - Bəhreyndə 14 fevral hərəkatının liderlərindən olan Usam Mənami Ayətullah İsa Qasımın sentyabrın 15-də keçiriləcək məhkəməsinin günündə geniş miqyaslı etiraz aksiyası keçirəcəklərini deyib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Mənami Bəhreyn xalqının bu məhkəməyə qarşı qəzəbini əks etdirən etiraz aksiyası üçün geniş miqyaslı hazırlıqlar gördüyünü bildirib. O, etiraz aksiyasının paytaxt Manama və digər şəhərlərdə keçiriləcəyini vurğulayıb.

Usam Mənami, həmçinin Bəhreyn xalqının Ali Xəlifə rejiminin ölkədə çoxluqda olan Əhli-Beyt (ə) ardıcıllarına qarşı zülm və təzyiqlərinə qarşı müqavimətini davam etdirəcəyini deyib.

Digər tərəfdən, Bəhreyn xalqı Ayətullah İsa Qasımın rejim tərəfindən vətəndaşlıqdan məhrum edilməsindən sonra 71 gündür ki, oturaq aksiyasını davam etdirir.


Story Code: 564080

News Link :
https://www.islamtimes.org/az/news/564080/bəhreyndə-xalq-ayətullah-isa-qasımın-mühakimə-ediməsinə-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org