0
Tuesday 13 September 2016 - 17:03

Suriya daxili müharibəsinin pərdə arxası: "İsrailin xeyiri İran və Hizbullahın zəifləməsinə bağlıdır"

Story Code : 567272
Fələstin torpaqlarını işğal etmiş sionist İsrail rejiminin hərbi kəşfiyyat rəhbəri Amos Yadlin ABŞ və Rusiya arasında Suriya məsələsində əldə olunan razılaşmaya sərt reaksiya verib.

Amos Yadlin açıqlamasında, sionist İsrail rejiminin uğurunun müqavimət oxunun qırılmasına, İran və Hizbullahın gücsüzləşməsinə bağlı olduğunu deyib. O, İran və Hizbullahın Suriyada güclənməsini pis bir vəziyyət adlandırıb.

Digər tərəfdən, sionist İsrail rejimində nəşr olunan Morrov qəzeti də, ABŞ və Rusiya arasında olan müqavilənin heç vaxt sionist İsrail rejiminin xeyrinə olmayacağını bildirib. Qəzet bu müqavilədə ən ən çox qazananların Suriya prezidenti Bəşər Əsəd, İran və Hizbullah olduğunu yazıb.

"ABŞ və Türkiyə Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək tələblərini diqqətə almadan ABŞ və Rusiya arasında əldə olunan razılaşma nəzərə alındıqda, bu müqavilə Rusiyanın bir uğurudur. Bu müqavilədən narahatlıq keçirməli olan yeganə olan İsraildir".
Source : Abna24
Comment