0
Wednesday 14 September 2016 - 17:30

Şeyx Əli Salman BMT-yə xəbərdarlıq etdi: "Ali-Xəlifə rejiminin beynəlxalq öhdəliklərinə sadiq qalması barədə təzyiq edin"

Story Code : 567281
Şeyx Əli Salman BMT-yə xəbərdarlıq etdi: "Ali-Xəlifə rejiminin beynəlxalq öhdəliklərinə sadiq qalması barədə təzyiq edin"
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Bəhreyn rejiminin həbsxanasında olan Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman BMT İnsan Haqları Şurasına məktub ünvanlayıb. Məktubda, xüsusilə Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın vətəndaşlıq hüquqlarından məhrum edilməsindən sonra, şiələrə qarşı təzyiq və zorakılıq siyasətinin artdığı qeyd olunub.

Şeyx Əli Salman Bəhreyn xalqının bərabərlik və ədalət tələb etdiyini və beynəlxalq ictimaiyyətdən qanuni tələblərinin reallaşması istiqamətində onlara dəstək vermələrini istəyib.

Əl-Vifaq cəmiyyətinin baş katibi, həmçinin Bəhreyn xalqının dinc aksiyalarının demokratiya tələbilə reallaşmasının şahidi olduğunu deyib. O, dünya ictimaiyyətindən Bəhreyn rejiminin beynəlxalq öhdəliklərinə sadiq qalması barədə təzyiq edilməsini gözlədiklərini bildirib.

Qeyd edək ki, Şeyx Əli Salman 2015-ci ildə Bəhreyn rejimi tərəfindən 4 il həbs cəzasına məhkum edilmişdir və bu qərar insan haqları təşkilatlarının böyük reaksiyasına səbəb olmuşdur. Daha sonra rejimi Şeyx Əli Salmanın həbs cəzasını 9 ilə yüksəltmişdir.
Source : Deyerler
Comment