0
Wednesday 14 September 2016 - 17:38

“İnformasiya aslılığı insanlarda gərginliyin artmasına gətirib çıxardır” - Ekspert rəyi

Story Code : 567285
“İnformasiya aslılığı insanlarda gərginliyin artmasına gətirib çıxardır” - Ekspert rəyi
ABŞ-ın Əqli Sağlamlıq Mərkəzinin prezidenti Pol Qionfriddo intihar hallarını xərçəngin sonuncu stadisiyası ilə müqayisə edir. Hər il dünyada 800 min adam intihar səbəbi ilə dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı bunu hər 40 saniyədə bir nəfərin ölümü ilə izah edir. Bu, icmalar və ailə üzvlərinə ciddi travma hesab edilir.

Psixoloq Elnur Rüstəmov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, zaman keçdikcə psixi pozuntu kimi dəyərləndirilən problemlər bir müddət sonra norma kimi qəbul edilir: “Əslində bu mövzuya fərqli yanaşmalar da tələb edilir, digər tərəfdən isə bu problemin ümumi cəhətləri də az deyil. Bu gün dünya informasiya əsrini yaşayır. Bu gün insanlar arasında münasibətlərin belə fərqli məcraya yönəlməsi, özgələşmənin dərinləşməsi, informasiya aslılığının geniş yayılması insanlardakı gərginliyin də artmasına gətirib çıxardır. Əgər biz psixi pozuntuların təsnifatına baxsaq hər il yeni narahatçılıqlar ortaya çıxır. Zaman keçdikcə bir zamanlar psixi pozuntu kimi dəyərləndirilən problemlər bir müddət sonra norma kimi qəbul edilir. Çünki, problemlər ciddi şəkildə artmağa başlayır. İqtisadi, sosial faktorlar rol oynaya bilir, bu faktorlar aparıcı rola malik deyil. İndi insanlar interneti olmadığı halda çörəyi olmadığı haldan daha çox narahat olurlar. Bu gün bir çox insanın gəliri çox aşağı səviyyədə olmasına baxmayaraq internetə çıxışı olan normal qiymətli bir smartfonu var. İndi insanlar arasında pioritetlər dəyişməyə başlayır. Bu baxımdan burada intihara səbəb olan başlıca faktorlardan biri kimi məhz informasiya əsrinin yaratmış olduğu psixoloji fəsadları qeyd edə bilərik”.
Source : Deyerler
Comment