0
Wednesday 14 September 2016 - 17:43

ABŞ-da KİV-lərin təsiri ilə katoliklərin əksəriyyəti İslama qarşı mənfi münasibət sərgiləyir

Story Code : 567289
ABŞ-da KİV-lərin təsiri ilə katoliklərin əksəriyyəti İslama qarşı mənfi münasibət sərgiləyir
Maide.Az xəbər verir ki, The "Guardian" qəzeti Corctaun universitetinin araşdırmasına istinadla bildirir ki, təhqiqatçılar 1027 nəfər katolik arasında sorğu aparıb. Hər üç respondent biri müsəlmanlara qarşı mənfi düşüncədə olduğunu bildirib.

Həmçinin sosioloqlar müəyyənləşdiriblər ki, müsəlmanlara mənfi münasibət əsasən Amerika kütləvi informasiya vasitələrinin təsiri altında formalaşıb. Araşdırmaya görə katoliklərin 60%-i müsəlmanlara qarşı mənfi düşüncədədirlər. Bunun isə yarısı KİV-in təbliğatından təsirləndiyini bildirib.

Bundan əlavə, kabel televiziya kanalları müsəlmanlar haqqında mənfi rəy formalaşdıran xəbərlər yayırlar.

Fordham universitetinin ilahiyyat professoru katolik keşiş Patrik Rayan bildirib ki, 11 sentyabr terror hadisəsindən sonra Amerikada müsəlmanalara qarşı daha da radikallaşdılar.

Roma Papası isə katoliklərin müsəlmanlara qarşı bu cür mənfi düşüncədə olmasını dəstəkləmədiyini bildirib.
Source : Maide
Comment