QR CodeQR Code

Obama və Klinton Qəddafinin dərhal getməsini istəyir

28 Feb 2011 09:39

IslamTimes - Ağ Ev bir bəyanat yayaraq deyib: ABŞ prezidenti Barak Obama deyib ki, Qəddafi dərhal hakimiyyətdən getməlidir. Çünki o, qanuni hakim deyil.


France İnformasiya Agentliyinin məlumatına əsasən, Barak Obama bu məsələni Anqla Merkellə telefon söhbətində deyib.

Bəyanatda həmçinin deyilir ki, Obama belə vurğulayıb: Xalqı kobudcasına susduran, xalq əleyhinə zor gücündən istifadə edən dövlət başçısı öz qanuni hakimiyyətini itirir. Ona görə də dərhal iqtidardan geri çəkilməlidir.

Bu sözlər elə bir halda söylənilir ki, ABŞ dövlət katibi Hillari Klinton da deyib: Müəmmər Qəddafi qan tökmədən hakimiyyətdən kənarlaşmalıdır. /azeri.irib/


Story Code: 56741

News Link :
https://www.islamtimes.org/az/news/56741/obama-və-klinton-qəddafinin-dərhal-getməsini-istəyir

Islam Times
  https://www.islamtimes.org