QR CodeQR Code

Suriyada kənd sakinləri 20-ə qədər İŞİD-çini öldürüblər

Islamazeri , 15 Sep 2016 11:46

İslamtimes - Hiddətlənmiş kənd sakinləri ümumilikdə 16 İŞİD-çi öldürüblər.


İslamazeri.az-ın "əl-Məyadin" telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Tabanni kəndindən olan ərəb tayfaların sakinləri İŞİD terror təşkilatı cəlladını öldürüblər. Terrorçular tərəfindən çəkilmiş kütləvi edam görüntülərindən aydın olub ki, öldürülən terrorçu bu edamları həyata keçirən icraçılardan (cəllad) biri olub.

Daha əvvəl internetdə bir neçə terrorçunun narıncı paltarda olan 16 gənc insanın edam edildiyi videoçarx peyda olmuşdu.

Telekanalın məlumatına əsasən, videoçarx yayıldıqdan sonra kənd sakinləri İŞİD-in Tabanni kəndindəki mövqelərindən birinə hücum edərək Əmmar əl-Hosni ləqəbli cəllad da daxil olmaqla 16 terrorçunu öldürüblər.


Story Code: 567474

News Link :
https://www.islamtimes.org/az/news/567474/suriyada-kənd-sakinləri-20-ə-qədər-işid-çini-öldürüblər

Islam Times
  https://www.islamtimes.org