QR CodeQR Code

ABŞ Türkiyə hökumətini qəzəbləndirən səfirinin arxasında durdu

Deyerler , 17 Sep 2016 15:57

İslamtimes - ABŞ Dövlət Departamentinin spikeri Mark Toner Türkiyədəki 28 bələdiyyəyə fövqəladə vəziyyət çərçivəsində qəyyum təyin olunmasını tənqid edən ABŞ səfiri Con Bassa dəstək verib.


Deyerler.org Türkiyə mediasına istinadən xəbər verir ki, Tonerdən gündəlik mətbuat brifinqində, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə hökumətinin reaksiyasına səbəb olan sözlərilə bağlı sual verilib.

"Hər kəs öz işilə məşğul olsun. Səfir Bass Türkiyədəki səfirimiz olmağa davam edir. Prezident və dövlət katibinin tam etibarına malikdir", - deyə Toner bildirib.

Toner ABŞ səfirinin bu sözlərinin Türkiyənin daxili işlərinə qarışması ilə bağlı səsləndirilən fikirləri qəbul etmədiyini bildirib. O, Bassın açıqlamalarını dəstəklədiklərini deyib: "Türkiyədə demokratiyanın vəziyyəti və ya insan hüquqları ilə əlaqədar bir sözümüz olanda narahatlıqlarımızı bölüşə biləcəyimiz qədər güclü əlaqələrə malik olduğumuzu düşünürük". O, həmçinin səfirin ABŞ hökuməti adından danışdığını qeyd edib.


Story Code: 567951

News Link :
https://www.islamtimes.org/az/news/567951/abş-türkiyə-hökumətini-qəzəbləndirən-səfirinin-arxasında-durdu

Islam Times
  https://www.islamtimes.org