0
Sunday 18 September 2016 - 16:54

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova: "Ağ Ev İŞİD-i qoruyur!"

Story Code : 568265
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova: "Ağ Ev İŞİD-i qoruyur!"
Deyerler.org RT-yə istinadən xəbər verir ki, Rusiya Suriyada vəziyyətin pisləşdiyini və ABŞ-ın təzyiq etməklə bağlı acizliyi nəticəsində terrorçuların sentyabrın 12-dən etibarən hücumlarını daha da artırdığını qeyd edib.

Açıqlamada, ABŞ-ın atəşkəs sazişində "yaxşı niyyətlə davranmadığı" qeyd olunub. Rusiya ordusu adından danışan general Viktor Poznikhir deyib ki, Rusiya Suriya ordusunun hücumlara cavab verməyinin qarşısını almaq var gücündən istifadə edir. Moskva CENTCOM-un Rusiya ordusunu əvvəlcədən bombardmalnlarla bağlı məlumatlandırıldığını iddia etməsikə bağlı Vaşinqtondan detallı açıqlama tələb edib. Moskva, həmçinin hücumla bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə, Rossiya 24-ə verdiyi açıqlamasında belə danışıb: "Əvvəllər də Nusra Cəbhəsinin bu tərzdə korunduğuna dair şübhələrimiz var idi, ancaq Suriya ordusuna qarşı hava hücumlarından sonra, bütün dünya üçün bu qorxulu açıqlamanı veririk: Ağ Ev İŞİD-i qoruyur".
Source : Deyerler
Comment