QR CodeQR Code

Ərəb ölkələrindəki aksiyalar Azərbaycana çəkilir

28 Feb 2011 19:31

IslamTimes - Müsavat ümumrespublika mitinqi təyin etdi


Aksiya martın 12-nə təyin edilib
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Divan martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək-martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın.
Kütləvi aksiyaların keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiyadan 5 gün əvvəl müraciət olunacaq. Mitinq üçün hansı meydanın seçiləcəyi isə İcra Hakimiyyətinə məktub göndərilənədək müəyyənləşdiriləcək. /Musavat/


Story Code: 56858

News Link :
https://www.islamtimes.org/az/news/56858/ərəb-ölkələrindəki-aksiyalar-azərbaycana-çəkilir

Islam Times
  https://www.islamtimes.org