QR CodeQR Code

İngiltərə Liviyada hərbi əməliyyatlar həyata keçirə bilər

1 Mar 2011 09:06

IslamTimes - Britaniya baş naziri Devid Kemeron Liviya hakimiyyətinə qarşı hərbi qüvvənin tətbiq edilməsi variantını istisna etməyib.


«Biz hərbi vasitələrdən istifadə olunmasını tamamilə istisna etmirik. Hazırkı rejimin öz xalqına qarşı hərbi qüvvə tətbiq etməsinə barmaqarası baxa bilmərik. Bu kontekstdə mən müdafiə nazirliyi və baş qərargahın rəhbərinə müttəfiqlərimizlə bir yerdə hərbi uçuşların qadağan olunduğu zonaların yaradılması barədə müraciət etdim. Bizim polkovnik Qəzzafiyə çağırışımız çox sadədir – getmək vaxtı çatıb», deyə Kemeron parlamentin İcmalar palatasında çıxış edərkən bildirib.

Xatırladaq ki, NATO 1990-cı və 2000-ci illərin əvvəllərində İraqda uçuşun qadağan olunduğu zonalar yaradıb. /deyerler/


Story Code: 56906

News Link :
https://www.islamtimes.org/az/news/56906/ingiltərə-liviyada-hərbi-əməliyyatlar-həyata-keçirə-bilər

Islam Times
  https://www.islamtimes.org