QR CodeQR Code

Milli Şura üzvləri polisə çağırılır

Deyerler , 21 Sep 2016 17:38

İslamtimes - «Bu gün səhər (sentyabrın 21-i) Binəqədi rayon 7-ci Polis Bölməsinə çağrılmışdım. 4 saata yaxın bölmədə oldum».


Bunu AzadlıqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli bildirib.

Onun deməsinə görə, əsas müzakirə mövzusu Milli Şuranın sentyabrın 11-i və 17-də keçirdiyi mitinqlər olub: «Mən belə başa düşdüm ki, ciddi narahatlıq var və bütün bu polisə dəvətlər həmin bu narahatlığın nəticəsidir».

R.Əhmədlinin bildirməsinə görə, dindarların aksiyaya qatılması yönündə ona suallar verilib . O da öz növbəsində deyib ki, buna hər bir vətəndaşın haqqı kimi baxır.

R.Əhmədli polis bölməsində hər hansı bir şəkildə təzyiqə məruz qalmadığını söyləyib.

Məsələyə Binəqədi rayon 7-ci Polis Bölməsindən münasibət almaq mümkün olmayıb.


Story Code: 569107

News Link :
https://www.islamtimes.org/az/news/569107/milli-şura-üzvləri-polisə-çağırılır

Islam Times
  https://www.islamtimes.org