QR CodeQR Code

İraq ordusu Mosulun əş-Şərkat rayonunun 50 faiz ərazisini azad etdi

Deyerler , 22 Sep 2016 11:39

İslamtimes - İraqın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə İŞİD terror qruplaşmasının İraqda sonuncu qalası olan Mosulu azad etmək üçün genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıb.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, anti-terror əməliyyatlarının ilk günlərindən artıq Mosulun bir neçə kəndi İŞİD terrorçularından azad olunub. Bununla yanaşı bu gün İraq ordusu əş-Şərkat rayonunun 50 faiz ərazisini azad etməyə müvəffəq olub.

Bu barədə məlumatı İraqın baş naziri Heydər əl-Əbadi verib. Sözügedən rayonun tez bir zamanda İŞİD-dən azad olunacağı gözlənilir. Bununla yanaşı İraq ordusu əl-Hadisada İŞİD terrorçularının bir neçə hərbi texnikasını sıradan çıxarıb.


Story Code: 569285

News Link :
https://www.islamtimes.org/az/news/569285/iraq-ordusu-mosulun-əş-şərkat-rayonunun-50-faiz-ərazisini-azad-etdi

Islam Times
  https://www.islamtimes.org