0
Tuesday 27 September 2016 - 16:27

Əl-Qaidə ABŞ-dan silah yardımı aldığını etiraf etdi – İLK DƏFƏ

Story Code : 570767
Əl-Qaidə ABŞ-dan silah yardımı aldığını etiraf etdi – İLK DƏFƏ
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, adı çəkilməyən komandir deyib: Amerika ardıcıl olaraq bizə raket verdi. Bizi dəstəklədiklərinə görə, onlara təşəkkür edirik. Lakin Amerikanın əməkdaşlığı ən-Nüsrənin istədiyi kimi deyil.

Bu dialoq BMT-nin Suriyanın Hələb şəhərinə göndərdiyi yardım karvanına hücumdan öncə baş tutub. Ən-Nüsrənin bu komandiri o vaxt demişdi ki, Suriya ordusu öz mövqelərindən geri çəkilməyincə o karvanın Hələbə girməsinə icazə verilməyəcək. Hətta o, ən-Nüsrədən icazə alınmadan yardım karvanlarının bu şəhərə girəcəyi təqdirdə sürücülərin həbs ediləcəyi xəbərdarlığını da etmişdi.
Bu komandir iddia etmişdi ki, onun qruplaşması laik hakimiyyətin qurulması ilə müxalifdir və Əsəd hakimiyyətinin devrilməsi və İslam hökuməti qurulana qədər döyüş davam edəcək.
Bu şəxsin sözləri o zaman yayılır ki, rəsmi Vaşinqton həmişə özünü ən-Nüsrənin mühüm müxalifi kimi göstərməyə çalışır. Vaşinqton bu qruplaşmadan “mülayim” terrorçuların ayrılmasına cəhd də edir. Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, adı çəkilməyən komandir deyib: Amerika ardıcıl olaraq bizə raket verdi. Bizi dəstəklədiklərinə görə, onlara təşəkkür edirik. Lakin Amerikanın əməkdaşlığı ən-Nüsrənin istədiyi kimi deyil.

Bu dialoq BMT-nin Suriyanın Hələb şəhərinə göndərdiyi yardım karvanına hücumdan öncə baş tutub. Ən-Nüsrənin bu komandiri o vaxt demişdi ki, Suriya ordusu öz mövqelərindən geri çəkilməyincə o karvanın Hələbə girməsinə icazə verilməyəcək. Hətta o, ən-Nüsrədən icazə alınmadan yardım karvanlarının bu şəhərə girəcəyi təqdirdə sürücülərin həbs ediləcəyi xəbərdarlığını da etmişdi.
Bu komandir iddia etmişdi ki, onun qruplaşması laik hakimiyyətin qurulması ilə müxalifdir və Əsəd hakimiyyətinin devrilməsi və İslam hökuməti qurulana qədər döyüş davam edəcək.
Bu şəxsin sözləri o zaman yayılır ki, rəsmi Vaşinqton həmişə özünü ən-Nüsrənin mühüm müxalifi kimi göstərməyə çalışır. Vaşinqton bu qruplaşmadan “mülayim” terrorçuların ayrılmasına cəhd də edir.
Source : Nur-az.com
Comment