QR CodeQR Code

YUNİSEF: Son günlər Hələbdə 96 uşaq öldürülüb

Deyerler , 29 Sep 2016 08:05

İslamtimes - Son günlər Suriyanın Hələb şəhərinin şərqində gedən hərbi əməliyyatlarda 100-ə yaxın uşaq həlak olub.


"Report" xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (YUNİSEF) məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb.

YUNİCEF-in direktor müavini Castin Forsayt bildirib ki, Hələbin azyaşlı sakinləri dəhşətli vəziyyətdə yaşayırlar. "Onların əzablarını sözlə ifadə etmək mümkün deyil" – deyə YUNİSEF rəsmisi bildirib.

Fondun bəyanatında bildirilir ki, cümə günündən indiyə kimi Hələbin şərqində gedən hərbi əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.


Story Code: 571208

News Link :
https://www.islamtimes.org/az/news/571208/yunisef-son-günlər-hələbdə-96-uşaq-öldürülüb

Islam Times
  https://www.islamtimes.org