0
Thursday 29 September 2016 - 08:30

AİP lideri Mövsüm Səmədov həbsxanadan açıqlama yaydı

Story Code : 571214
AİP lideri Mövsüm Səmədov həbsxanadan açıqlama yaydı
Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun onu müdafiə edənlərə təşəkkür etdiyini söyləyib. AİP liderinin 26 sentyabrda keçirilən referendumla bağlı da mövqeyini açıqladığını bildirən vəkil, Doktor Səmədovun bunları söylədiyini qeyd edib:

“Artıq 26 sentyabr tarixi geridə qaldı. Bu proseslərdə xalqa xidmət ruhiyyəsi ilə səhnədə olaraq etiraz edən və bu məsuliyyəti boynuna götürən hörmətli ruhanilərə, ziyalılara, siyasi xadimlərə, qələmi ilə həmişə həqiqəti dəstəkləyən mətbuat işçiləri ilə yanaşı Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm.”

Eyni zamanda bizə dəstəklərini nümayiş etdirən hər bir kəsə, xüsusilə islam dünyasının hidayət çırağı olan mərcəi-təqlid Ayətullah Məkarim Şirazi cənablarına minnətdaram.”

Mövsüm Səmədovun Nardaranda baş verən hadisə zamanı dünyasını dəyişən və həbs edilən şəxslərlə bağlı da fikirlərini açıqladığını söyləyən vəkil, bunların qeyd etdi:

“Allahdan arzum budur ki, Nardaranda şəhid olan qardaşlarımız qiyamətdə Kərbəla şəhidləri ilə birgə məhşur olsunlar. Ümid edirəm ki, Hacı Taleh və haqsız yerə həbsə edilən digər qardaşlarımız da tezliklə haqqın bərqərar olması ilə azadlığa çıxacaq.”
Source : Maide
Comment