0
Thursday 29 September 2016 - 22:14

Rusiya XİN ABŞ Dövlət Departamentinin bəyanatını radikallara çağırış kimi qiymətləndirib

Story Code : 571466
Rusiya XİN ABŞ Dövlət Departamentinin bəyanatını radikallara çağırış kimi qiymətləndirib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. "Bu bəyanat başa düşdüyümüz kimi radikalların özünə müraciətdir. Bizim bunu başqa cür qiymətləndirmək variantımız yoxdur", - deyə Rusiya XİN nümayəndəsi qeyd edib. Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremistlər əməliyyatları genişləndirmək üçün boşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.
Comment