0
Saturday 1 October 2016 - 14:54

"Boko Haram" Şeyx Zəkzakiyə müharibə elan etdi

Story Code : 571798
"Boko Haram" Şeyx Zəkzakiyə müharibə elan etdi
İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, əsasən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması Əhli-beyt tərəfdarlarının rəhbəri Şeyx Zəkzakiyə müharibə elan edib.

Məhərrəm ayında da müxtəlif terror aktlarını həyata keçirəcəyini bildirən “Boko Haram” terror qruplaşmasının bu addımının ABŞ-ın baş katibi Con Kerrinin bu ölkəyə səfərindən bir neçə həftə sonra baş verməsi təəccübə səbəb olub.

Qeyd edək ki, bir neçə gündür ki, Nigeriya şiələri Şeyx Zəkzakinin sərbəst buraxılması üçün kütləvi aksiyalara start veriblər.

Bundan əlavə Əhli-beyt (ə) tərəfdarları rejimə 1 həftə möhlət verdiklərini də bəyan etmişdilər.
Source : Islamazeri
Comment